XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Mart 2017 - 11:50

“Fukusima-1” AES-də ərimiş nüvə yanacağının yerini tapmaq cəhdiuğursuzluqla nəticələnib

“Fukusima-1” atom elektrik stansiyasının (AES) operatoru “Tokyo Elelctrik Power Co.” şirkəti bildirib ki, robot vasitəsilə AES-in 1 nömrəli reaktorunda ərimiş nüvə yanacağının yerini müəyyən etmək cəhdi uğursuzluqla nəticələnib.

Şirkət bunu son beş gün ərzində nüvə reaktorunun daxilinə buraxılan robot vasitəsilə araşdırmağa çalışıb.

Robot reaktorun daxilində radiasiyanın səviyyəsini müəyyən etməklə yanaşı, ərimiş yanacağın və reaktorun digər hissələrinin fotolarını da çəkməli idi. /Azərtac