XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 11:53

Angela Merkel:"Biz heç də hər şeyi yaxşı etmədik"

Avropa İttifaqı öz siyasətində heç də hər şeyi yaxşı etməyib.

"Trend"in məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel İtaliyanın "Rai" teleradio şirkətinə müsahibəsində deyib.

A.Merkel qeyd edib: "Əlbəttə, biz heç də hər şeyi yaxşı etməmişik. Bəzi işlər natamam qalıb".

O, avropalı siyasətçilərin miqrasiya və iqtisadi məsələlərdə səhv etdiklərini də bildirib:

"Məsələn, biz sərbəst yerdəyişmədən çıxış edərək xarici sərhədlərin mühafizəsi haqqında düşünmədik. Vahid valyuta yaradanda isə onu böhrana davam gətirmə qabiliyyətli etmədik. Lakin indi bank ittifaqı və stabilləşdirmə mexanizmi yaradırıq".