XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 13:09

Moody’s MDB ölkələrində valyuta riskləri və dollarlaşma ilə bağlıhesabat hazırlayıb

“Biz düşünürük ki, Ukrayna, Azərbaycan, Tacikistan və Belarus bankları daha çox xarici valyuta risklərinə məruz qalıb və yüksək dollarlaşmanın (dollarizasiya) hökmranlıq etməsi bank sistemində valyuta uyğunsuzluğu mühiti yaradıb”.

“Report” xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin MDB ölkələrində valyuta riskləri və dollarlaşma ilə bağlı hazırladığı hesabtada qeyd edilib.

Agentlik hesab edir ki, MDB ölkələri arasında ən aşağı valyuta riski Özbəkistanda qeydə alınıb: “2014-cü ildən bəri Ukrayna milli valyutası 70% ucuzlaşıb.

Hesab edirik ki, valyuta əsnəkliyi riskləri Azərbaycan, Tacikistan və Belarus banklarına daha çox təsir edəcək. Əksinə Özbəkistanda valyuta təzyiqlərinə baxmayaraq banklar gəlir əldə edib. Belə ki, idarə edilən məzənnə siyasəti çərçivəsində milli valyuta mərhələli şəkildə devalvasiya edilib”.