XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 13:31

Türk nazirlər Fətullah Güləni Amerikadangizlicə qaçırmaq istəyib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Ceyms Vulsi müdhiş iddia ilə çıxış edib.
 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Amerika kəşfiyyatının sabiq rəhbəri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident Ərdoğanın kürəkəni, enerji naziri Bərat Albayrakın Fətullah Güləni ABŞ-dan qaçırmaq istədiklərini açıqlayıb. Onun sözlərinə görə, söhbət Fətullah Gülənin rəsmi ekstradisiya prosedurlarına məruz qalmadan Amerikadan çıxarılmasından gedir. 
 
Kəşfiyyatçı bildirib ki, türkiyəli nazirlər 15 iyul çevriliş cəhdindən sonra, ötən il sentyabrın 19-da Nyu-Yorkda bu məsələni Donald Trampın müşaviri olan general Mayk Flinlə müzakirə ediblər.  
 
Vulsey deyib ki, həmin görüşə o da qatılıb və toplantıya çatanda orada Güləni “gecəyarısı qeyri-rəsmi əməliyyatla ABŞ-dan çıxarmağ”ın müzakirə edildiyinə şahid olub.
 
Onun sözlərinə görə, bu barədə sonradan ABŞ vitse-prezidenti Co Baydenə də xəbər göndərib.
 
Flinnin sözçüsü isə iddialarla bağlı bildirib ki, general həmin görüşdə heç bir qeyri-qanunu əməkdaşlığı müzakirə etməyib.
 
Tramp prezident seçildikdən sonra Flinni Milli Təhlükəsizlik Agentliyinə rəhbər təyin etmişdi, lakin o, bu vəzifədə cəmi 24 gün qala bilmişdi. Seçkidən əvvəl bir rusiyalı diplomatla görüşdüyü ortaya çıxan general istefa vermək məcburiyyətində qalmışdı.