XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Mart 2017 - 16:31

Trampın təklif etdiyi səhiyyə islahatıKonqresdən keçmədi

ABŞ prezidenti Donald Tramp “Obamacare” tibbi sığorta sistemini əvəzlənməsinə yönələn qanun layihəsini Konqresdən geri götürüb.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Tramp spiker Pol Rayandan təklif etdiyi sənədin geri götürülməsini xahiş edib.
 
Məlumata görə, 6 saatdan çox davam edən debatlarda Konqres üzvlərinin əksəriyyəti D.Trampın təşəbbüsünün əleyhinə çıxış edib. 
 
Qeyd edək ki, Barak Obamanın hakimiyyəti dövründə həyata keçirilən səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur.