XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 17:22

Papa AB-nin yubileyindədüşündürücü mesajlar verdi

Avropa Birliyinin yaranma anlaşması olaraq qəbul edilən Roma müqaviləsinin 60-cı ildönümündə liderlər Romadakı zirvədə bir araya gəlir. 1957-ci il tarixli Roma müqaviləsinin 60-cı ildönümü İtaliyada qeyd olunacaq. İtalyanın paytaxtı Romada reallaşacaq zirvədə 27 üzv ölkənin liderləri iştirak edəcək.

Ağ Evin Mətbuat katibi Roma müqaviləsinin 60-cı ildönümü münasibəti ilə Avropa Birliyini təbrik edən bir açıqlama yayıb. Açıqlamada “iki qitəmizdə də eyni dəyərləri paylaşır, hər şeydən əvvəl sülh və rifahı azadlıq, demokratiya və qanunun aliliyi yolu ilə dəstəkləmək üçün eyni sözü veririk” deyilir.

Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Franciscusisə bu gün Avropanın özünü sorğulaması və “müalicə etməsi” lazım olduğunu söyləyib. Papa keçmişdə Avropanı ikiyə bölən divarları yıxmaq istəyənlərin bu gün qaçqınları çöldə buraxmaq işini da tənqid edib.

Papa zirvə üçün Romaya gələn 27 AB hökumətinin liderləri və AB təşkilatlarının başçılarını Vatikanda qəbul edib.
Avropanın çətin sınaqlardan keçdiyinə toxunarkən, qaçqınlara qapıların bağlanmasına tənqid edən Papa bunları deyib:

“Avropa divarlar və ayrılıqlar dramını çox yaxından bilir. Birlik içində olan və açıq bir Avropa üçün Baltik dənizindən Adriatikə qədər uzanıb qitəni ikiyə bölən o divarın yıxılması üçün nə çətinliklərdən keçildi! İndi isə o çətinlik yaddaşlardan tamamilə silinib. Nəsillər o düşmənlik simvolunun yıxıldığını görmək istəyirdi. İndi isə zamanımızın “təhlükəsini necə çöldə buraxaq” məsələsini müzakirə edir: uzun siyahı yalnız özləri və sevdikləri üçün bir gələcək tələb edən, döyüş və aclıqdan qaçan qadınlar, kişilər və uşaqlardan başlayır. ”

AB-nin 60 yaşında olduğunu xatırladan Papa: “Həyat müddətinin uzandığı göz önünə alınsa, 60 yaş artıq bir yetkinlik yaşı olaraq qəbul edilir. Özümüzü sorğulamamız istənən kritik bir yaşdır. AB də yaşın gətirdiyi qaçılmaz xəstəliklərini müalicə etməli, özünü sorğulamalı və davam etmək üçün yeni yollar tapmalıdır. Bir insandan fərqli olaraq, AB qaçılmaz bir yaşlılıqla qarşı-qarşıya deyil, cavanlaşma ehtimalı var ” deyib(azadliq.info).