XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 19:22

Avroparlamentin rəhbəri:"Avropa İttifaqı qeyri-effektivdir"

"Avropa İttifaqı (Aİ) çox sayda səhv edib, qurum qeyri-effektiv fəaliyyət göstərir və həddən artıq bürokratikləşib".

APA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.
 
"Biz Avropadan yorulmamışıq, lakin biz onun daha yaxşı işləməsini istəyirik", – deyə o qeyd edib.
 
Onun sözlərinə görə, Aİ-nin üzvü olan ölkələrin vətəndaşları daha çox şikayətlənməyə başlayıblar: "Avropanı dəyişmək lazımdır. Lakin onun məhv olmasına imkan vermək olmaz. Bizə heç zaman olmadığı qədər birlik lazımdır".