XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

26 Mart 2017 - 08:25

Britaniyada güclü partlayış baş verib:15 nəfər xəsarət alıb

Böyük Britaniyanın qərbindəki Mersisayd qraflığında binada baş vermiş güclü partlayış nəticəsində 15 nəfər xəsarət alıb. Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur.  

Partlayış nəticəsində bina tamamilə uçub. Xəsarət alanların hamısı yaxınlıqda yerləşən Çin restoranında olan şəxslərdir. Yaxınlıqdakı digər tikililərə də ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürmə, polis və həkim briqadaları cəlb edilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.    (APA)