XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

26 Mart 2017 - 08:28

Britaniyada güclü partlayış nəticəsində xəsarət alanlarınsayı 30-u keçib

Böyük Britaniyanın qərbində binaların birində  güclü partlayış nəticəsində xəsarət alanların sayı 32-yə çatıb. Bu barədə həkimlərin açıqlamasında bildirilir.

Mersisayd qraflığının Virral rayonunda baş verən insident nəticəsində yaralananlardan 30-u yüngül, 2 nəfər isə ağır xəsarət alıblar.    

Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur. 

Partlayış nəticəsində bina tamamilə uçub. Xəsarət alanların hamısı yaxınlıqda yerləşən Çin restoranında olan şəxslərdir. Yaxınlıqdakı digər tikililərə də ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürən, polis və həkim briqadaları cəlb edilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.    (APA)