XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2017 - 09:57

ABŞ sakini İran prezidentliyinə iddialıdır –Tanınmış lobbiçi-ekspertin üçüncü cəhdi

Daha bir tanınmış şəxs İranda keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb.

Strateq.az "Fars News"a istinadıa xəbər verir ki, Huşəng Əmirəhmədi öz istəyini "qlobal böhran şəraitində ölkənin inkişafına töhfə vermək"lə əsaslandırıb.

ABŞ vətəndaşı olan H.Əmirəhmədi "Amerika ilə əlaqə dəllalı" ləqəbi ilə tanınır. 1947-ci ildə İranın şimalındakı Həşpər şəhərində anadan olmuş bu şəxs 1975-ci ildən ABŞ sakinidir.

H.Əmirəhmədi fəlsəfə doktoru, Rutgers Universitetinin (Nyu-Cersi ştatı) professoru, həmin təhsil ocağı nəzdində Yaxın Şərq Mərkəzinin və İran Araşdırmaları Mərkəzinin direktorudur.

Eyni zamanda, o, "Caspian Associates, Inc." konsaltinq şirkətinin və Amerika-İran Şurası lobbi təşkilatının banisi və prezidentidir.

H.Əmirəhmədi 2005 və 2013-cü illərdə də prezidentliyə namizədliyini irəli sürüb. Lakin hər iki halda Nəzarətçilər Şurası onu seçkilərə buraxmamaq barədə qərar çıxarıb.