XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

27 Mart 2017 - 12:23

“Mossad” fransız kəşfiyyatçısını ələ almağa cəhd edib –"Le Monde" nəşri

"Mossad" Fransa xüsusi xidmətinə öz adamlarını yeritməyə cəhd edib.  

Strateq.az xəbər verir ki, bu barədə gündəlik "Le Monde" nəşri məlumat yayıb.

"Le Monde" Fransa kəşfiyyatının daxili hesabatına istinad edərək, yazıb ki, "Mossad" və Fransa gizli xidmətləri 2010 və 2011-ci illərdə kimyəvi silahla bağlı Suriya rejiminə qarşı əməkdaşlıq edib. Onlar suriyalı bir mühəndisi öz tərəflərinə cəlb etməyə çalışıb.

Bundan əlavə, İsrail casusları İsrail üçün müntəzəm kəşfiyyat mənbələri kimi fransız casuslarını ələ almağa cəhd ediblər. Fransanın digər bir kəşfiyyat qurumu bu işi faş edib.