XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Mart 2017 - 15:40

Ərdoğan:“Roma Papası nə zamandan bəri Avropa Birliyinin üzvü oldu?"

Avropa Birliyi ölkələri Vatikanda bir araya gəlib. Bu proseslər mənə bəzi şeyləri xatırladır. Papa nə zamandan bəri Avropa Birliyi üzvü oldu? Xristian zehniyyəti sonda özünü göstərdi”.

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Keçmişdə Türkiyəyə xaricdən gələn əmrlərlə idarə olunduğunu deyən Ərdoğan, Avropanın qəzəbinin səbəblərindən danışıb: “Onların qəzəbinin səbəbi, bizim yanlış yola olmağımız deyil, Allahın izniylə düz yolda olmağımız, qərarları özümüzün verməyimizdən qaynaqlanır. Avropa Birliyi ölkələri Vatikanda bir araya gəlib. Bu proseslər mənə bəzi şeyləri xatırladır. Papa nə zamandan bəri Avropa Birliyi üzvü oldu? Xristian zehniyyəti sonda özünü göstərdi. Siz Türkiyəni müsəlman olduğu üçün Avropa Birliyinə qəbul etmirsiniz. Maraqlıdır, Vatikanda keçrilən bu toplantıda sosial demokratlar da, xristian demokratlar da iştirak edir. Mən bunları dedim, sabah baxın necə təpki verəcəklər.

Qədimdən bəri tətbiq etdikləri üsul fayda verməyincə atlar və itlərlə insanlara hücum etdilər. Bizim xarici işlər nazirinə icazə vermədilər. Qadın olan ailə nazirini avtomobilində həbs etdilər.Bəs sizdə qadın hüquqları vardı? Siz qız uşaqlarını diri-diri torpağa basdıran o cəhalət anlayışının ardısınız.

Terror təşkilatına silah satırlar, NATO-dakı müttəfiqləri Türkiyəyə silah satmaqdan imtina edirlər. Bəhanə edirlər ki, qərar konqresdən keçməyib. Terror təşkilatına necə satırsınız bəs? İlanla kisəyə girən dişlənməkdən xilas olmaz.

Keşmişdə silahlar onlardan alındığı üçün pultu xaricdə olan bir ölkə vardı. O vaxt hər sahədə kənardan asılı bir ölkəydik. Həmd olsun, bitdi o günlər”, – deyə Ərdoğan bildirib.