XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2017 - 18:12

Fransa prezidentliyinə namizəd:“Avropa İttifaqı məhv olacaq”

“Avropa İttifaqı məhv olacaq, çünki o, artıq heç kimə lazım deyil. Dünyaya hegemonluq edən qüvvələr yer üzündən silinməyə məhkumdur".

"Sputnik" Azərbaycan ABC-ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidentliyinə namizəd Marin Le Pen açıqlama verib. "Xalq cəbhəsi" partiyasının lideri Marin Le Pen deyib ki, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Fransada seçkiləri insanların qlobal üsyanı kimi xarakterizə edib.

"Qlobalçıları məhv etmək zamanı gəlib. Rəqiblərim Emmanuel Makron və Fransua Fiyon Avropa İttifaqı və öz biznes maraqları naminə ölkəyə xəyanət edirlər", – deyə Le Pen bildirib.

Xatırladaq ki, Fransada prezident seçkiləri 23 aprel və 7 may tarixlərində iki mərhələdə keçiriləcək.