XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

28 Mart 2017 - 22:41

“Koalisiyanın Mosuldakı fəaliyyətini əməliyyat adlandırmaq doğru deyil” –Lavrovdan ABŞ-a ittiham

"Qərb dövlətləri İraqın Mosul şəhərində yaşanan fəlakəti görməzdən gəlir".

Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“ABŞ-ın başçılıq etdiyi koalisiyanın Mosuldakı fəaliyyətini əməliyyat adlandırmağımız doğru deyil. Bu təxribatlar nəticəsində 400 min mosullu şəhəri tərk edib və çətin vəziyyətdədir. Lakin buna baxmayaraq, həmin ərazilərdə terrorçular məğlubiyyətə uğrayır”, – nazir bildirib/Axar.az.