XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 07:47

Daha bir ölkə NATO-ya üzvlüyün astanasında –ABŞ Senatı da təsdiqlədi

ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyünə dair sazişi ratifikasiya edib.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Monteneqronun NATO-ya üzv seçilməsini 97 senator dəstəkləyib, iki senator “əleyhinə” səs verib, daha bir nəfər isə səs verməyib.

Monteneqro artıq 2017-ci ildə NATO-nun üzvü ola bilər. Üzvlüyə dair qərar ümumxalq referendumda yox, ölkənin parlamentində qəbul ediləcək.  

NATO ölkələri 2016-cı ilin mayın 19-da Monteneqronun NATO-ya üzvlüyünə dair protokol qəbul ediblər. NATO-ya üzv olan 28 ölkənin hamısı qeyd olunan sənədi ratifikasiya etdikdən sonra Monteneqro  NATO-ya tamhüquqlu üzv olacaq.  

Protokol artıq 24 ölkə tərəfindən ratifikasiya olunub.