XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 11:34

Rusiya neft ixracınıartıracaq

Rusiya neft ixracını artırmağı nəzərdə tutur.

Azərtac “ria.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, neftin barrel qiyməti 50-60 dollar səviyyəsində qalarsa bu ilin büdcəsinə əlavə gəlir qazandırmaq mümkün olacaq. Rusiya neft ixracından əlavə gəlir əldə etməyi planlaşdırır. İxracdan əldə ediləcək əlavə gəlirin miqdarı isə bir yarım milyon rubl olacaq.

“İxracdakı artım yalnız neft istehsal edən şirkətləri müsbət istiqamətdə təsir etməyəcək. Həmçinin Rusiya büdcəsi də bundan faydalanacaq”, – deyə nazir bildirib.