XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 13:00

İranla Rusiya arasında14 sənəd imzalanıb

İran Prezidenti Həsən Ruhaninin Moskvaya səfərinin nəticəsi olaraq iki ölkə arasında 14 sənəd imzalanıb.

Bu barədə məlumat verən İRNA agentliyi bildirib ki, siyasi, iqtisadi, hüquqi, mədəniyyət və elm sahəsində imzalanan əməkdaşlıq haqındakı sənədlər əlaqələrin inkişafına böyük təkan verəcək. İmzalanan sənədlər arasında rusiyalı və iranlı turistlərin qarşılıqlı olaraq vizasız gediş-gəlişi də nəzərdə tutulub.

Bundan başqa nəqliyyat, tikinti, ticarət, neft-qaz və başqa sahələri əhatə edən sənədlər də imzalanıb.

İmzalanma mərasimindən sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran H.Ruhani bildirib ki, Rusiya ilə İranın yaxın əlaqələr qurması üçüncü ölkələrə qarşı yönəlməyib.

Rusiya Prezidenti Vladimir Putin isə İranın etibarlı tərəfdaş olduğunu qeyd edib(azərtac).