XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2017 - 13:26

Keçmiş nazir müaviniGürcüstanda həbs edilib

Ukraynanın keçmiş yanacaq və energetika naziri müavini İqor Kiryuşin Gürcüstanda həbs edilib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ukrayna baş prokuroru Yuri Lutsenko məlumat verib.

Qeyd edək ki, İ.Kiryuşin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin başçılıq etdiyi cinayətkar qrupun "Ukrnafta" ASC və "Ukrqazvıdobuvannya" ASC-yə məxsus, dəyəri 2 milyard qrivendən artıq olan əmlakın mənimsənilməsində iştirak etməkdə şübhəli bilinir.

Y.Lutsenko bildirib ki, Gürcüstan məhkəmə orqanları İ.Kiryuşin Ukraynaya ekstradisiyası haqqında qərar edilməsi üçün onun müvəqqəti olaraq 90 sutkalıq həbs edilməsi barədə qərar qəbul ediblər.