XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 13:29

İŞİD liderləriRakkadan qaçır

Terrorçu İŞİD qruplaşmasının rəhbərləri Suriyanın Rakka şəhərindən qaçmağa başlayıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə təşkilatı məlumat yayıb.

İnformasiyaya əsasən, son sutkada İŞİD-in 80-ə yaxın fəalı ailə üzvləri ilə birlikdə qayıqla Fərat çayından keçiblər.

Xəbərdə bildirilib ki, bu terrorçuların Rakkadan qaçışının ikinci dalğasıdır. Təxminən iki həftə əvvəl İŞİD-in 300-ə yaxın daha aşağı vəzifəlisi şəhəri tərk edib.

Onların Suriyanın Dirəz-Zur əyalətinin Hama bölgəsinə qaçdıqları ehtimal edilir.

Məlumata görə, İŞİD liderlərinin Mosuldakı ailə üzvləri də oradan qaçıblar. Bu qaçqın axınında İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin olduğu da ehtimal edilir.

Qeyd edək ki, bu terrorçu qruplaşma Suriyanın Rakka şəhəriNİ “paytaxt” elan etmişdilər. Bu şəhərin terrorçulardan təmizlənəcəyi ilə bağlı əməliyyatların başlayacağı haqda da xəbərlər yayılıb.