XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 13:42

ABŞ Konqresi İnternetdə şəxsi informasiyanın qorunması qaydalarınıləğv edib

ABŞ Konqresinin Nümayəndələr Palatası İnternetdə şəxsi informasiyanın qorunması qaydalarının ləğv edilməsinin lehinə səs verib. Xatırladaq ki, həmin qaydalara görə, internet-provayderlər istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini maksimum dərəcədə təmin etməlidirlər. İnternet-provayderlər istifadəçilərə aid şəxsi məlumatlardan, onların yerləşdiyi ərazi, maliyyə vəziyyəti və səhhəti barədə məlumatlardan istifadə etmək, habelə reklam və marketinq məqsədləri üçün internetdə axtarışların tarixini izləmək üçün onlardan xüsusi icazə almağa borcludurlar. Hazırda qüvvədə olan qadağa qaydaları Barak Obamanın prezidentliyi dövründə tətbiq edilib.

Ağ evin bəyanatında göstərilir ki, Prezident Tramp şəxsi informasiyanın qorunması qaydalarının ləğv edilməsini dəstəkləyir.

Gözlənildiyinə görə, Prezident Tramp iri telekommunikasiya şirkətlərinin bu cür məlumatları sataraq külli məbləğdə mənfəət əldə etməsinə imkan verən sənəd imzalayacaq. Bu halda “AT&T” və “Verizon” kimi şirkətlər daha çox qazanc əldə edəcəklər(azərtac).