XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 14:37

Danimarkadan Böyük Britaniyailə bağlı qərar

Danimarkanın maliyyə naziri Kristian Yensen bildirib ki, onun ölkəsi Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxandan sonra qurumun ümumi büdcəsinə üzvlük məbləğini artırmayacaq. Bu məlumatı Danimarka KİV-ləri yayıb.

İsveç, Avstriya, Almaniya və Niderland kimi Danimarka hökuməti də hazırda Aİ büdcəsinə üzvlük haqqını güzəştli əsasda ödəyir. Əvvəllər bu güzəşt Britaniyanın üzvlük haqqına mütənasib şəkildə müəyyən edilirdi.

Hazırda Böyük Britaniyanın Aİ büdcəsinə illik üzvlük haqqı təxminən 21 milyard avrodur ki, bu, Aİ-yə daxil olan 28 ölkənin ödədiyi ümumi məbləğin 15 faizini təşkil edir. Ödəmələrin bir hissəsi onunla kompensasiya edilir ki, Aİ-nin xərcləri Britaniyanın özünə də sərf edilir. Lakin Britaniya Aİ-dən çıxandan sonra digər ölkələr ümumi büdcəyə üzvlük haqqını güzəştli əsasda ödəyə bilməyəcək.

Narahatlıq üçün heç bir səbəb görmədiyini bildirən Kristian Yensen deyib: “İstifadə etdiyimiz güzəşt müddətlidir və 2020-ci ildə başa çatacaq. Buna görə də mənim üçün başlıca məsələ bizim Aİ büdcəsinə gələcəkdə hansı məbləğdə üzvlük haqqı ödəyəcəyimizdir”.

Qeyd edək ki, bundan əvvəl İsveç hökuməti Böyük Britaniyanın ittifaqdan çıxması ilə əlaqədar Aİ büdcəsinin məxaric hissəsinin xeyli azaldılması təklifini irəli sürüb(azərtac).