XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 14:57

Ukraynada bütün səfirliklərin və konsulluqlarınmühafizəsi gücləndirilib

Ukraynada bütün xarici diplomatik missiyaların mühafizəsi gücləndirilib.

"Report" Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə müvafiq fərman ölkə Prezidenti Petro Poroşenko tərəfindən verilib.

Xatırladaq ki, Polşanın Ukraynanın Lutsk şəhərində yerləşən Baş Konsulluğu dünən gecə qumbaraatandan atəşə tutulub. Ukrayna Xarici İşlər Nazirliyi bu addımı qınayaraq, onun təxribat məqsədilə qəsdən törədildiyini bildirib.