XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 15:22

Türkiyədə terrorçu PKK-nın İran əsilliüzvü tutulub

Türkiyə təhlükəsizlik qüvvələri əməkdaşlarının Bingölü əyalətinin Kığı rayonunda keçirdikləri antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının İran əsilli nümayəndəsi tutulub.

“Report” Haber7-yə istionadən xəbər verir ki, əməliyyat helikopterlərin dəstəyi ilə keçirilib.

Belə ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə terrorçular arasında atışma olub. Biri yaralı olmaqla iki terrorçu tutulub.

Məlumata görə, terrorçulardan birinin İran əsilli “Sinan Rojhilat” kod adlı Barış Alxani, o birinin isə Türkiyənin Diyarbəkr əyalətində qeydiyyatda olan “Zindan Devran” kod adlı Hüseyn Kan olduğu müəyyənləşdirilib.