XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Mart 2017 - 16:25

Tereza Mey Brüsseli “Brexit”in başlamasındanxəbərdar edib

Martın 29-da Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Aİ-nin tərkibindən çıxmasının formal prosedurunun başlaması barədə Avropa İttifaqının rəhbərliyini məlumatlandırıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Tim Barrou Baş nazirin xəbərdarlıq məktubunu Avropa Şurasının başçısı Donald Tuska təqdim edib.

Xəbərdarlıq Avropa İttifaqı barədə Lissabon sazişinin 50-ci bəndinə uyğun olaraq təqdim edilib. Bu bənddə qeyd olunan qaydaya əsasən, Avropa İttifaqını tərk etmək istəyən dövlət bunu rəsmi xəbərdarlıq göndərdikdən düz iki il sonra reallaşdıra bilər. Beləliklə, Böyük Britaniya Aİ-ni 2019-cu il martın 29-da tərk etməlidir.

Avropa İttifaqının tərkibindən çıxmaq barədə qərar britaniyalılar tərəfindən 2016-cı il iyunun 23-də qəbul edilib. London və Brüssel arasında danışıqlar may ayından tez olmayaraq başlayacaq.

Xatırladaq ki, qurumun 60 illik tarixi ərzində Lissabon sazişinin 50-ci bəndindən ilk dəfədir istifadə olunur.