XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 17:41

Məşhur yazıçı Stiven Kinq plagiatdagünahlandırılır

Amerikalı yazıçı Stiven Kinq "Qaranlıq qüllə" silsilə romanı baş qəhrəmanının yaradılması üçün ideya oğurluğunda ittiham edilib.

Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, adı açıqlanmayan “The Rook” komiksinin yaradıcısı yazıçıya qarşı iddia qaldıraraq onu plagiatda günahlandırıb və 500 milyon dollar təzminat tələb edib. O bildirib ki, "Qaranlıq qüllə" romanın baş qəhrəmanı Ronald Diskeyn “The Rook” komiksinin baş qəhrəmanı Restin Deyn obrazının əsasında yaradılıb. Ad və soyadla yanaşı, bir çox digər təəccüb doğuran oxşarlıqların olduğunu deyən şikayətçi qeyd edib ki, hər iki obraz zamanla səyahət edir, bədheybətlərlə döyüşür və kvazi-ölməz romantik macəranın qəhrəmanlarıdır.

“The Rook” komiksinin yaradıcısı vurğulayıb ki, qəhrəmanların geyimləri, hadisələrin baş verdiyi qüllə də tam oxşardır. Onun sözlərinə görə, Restin Deyn obrazını 1977-1983-ci illərdə 5 milyon nüsxəyə yaxın komiks jurnalda görmək mümkündür, "Qaranlıq qüllə" silsilə romanının ilk kitabı isə 1982-ci ildə çap olunub. Həmçinin Stiven Kinq “The Rook” komikslərini oxuduğunu etiraf edib.

Maraqlıdır ki, iddia Stiven Kinqin “Qaranlıq Qüllə” silsilə romanı əsasında çəkilmiş eyni adlı filminin ilk tizeri çıxdığı vaxtla paralel qaldırılıb.