XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Mart 2017 - 17:51

BMT Baş katibi Fələstin probleminin həllininyeganə yolunu göstərib

Xəbər verdiyimiz kimi, İordaniyada Ərəb Dövlətləri Liqasının (ƏDL) 28-ci sammiti keçirilir.

Liqanın üzvü olan 18 ölkənin dövlət başçısının iştirak etdiyi bu sammitdə BMT-nin baş katibi Antoniu Quterreş çıxış edib. Baş katib bildirib ki, Fələstinlə İsrail arasında münaqişənin tənzimlənməsinin yeganə yolu “iki dövlət” konsepsiyasına əsaslanmalıdır.

Onun sözlərinə görə, münaqişənin bu yolla həllinə əngəl törətmək üçün göstərilən bütün cəhdlərə son qoyulmalıdır.

Sammitin əsas müzakirə mövzuları Fələstin problemi, ərəb sülh təşəbbüsünün fəallaşması və İsrailin Yerusəlimdə yeni məskənlər salmaq fəaliyyəti ilə bağlı məsələlərdir.

Sammit iştirakçıları, o cümlədən Suriyada və Liviyada regional problemlərin və münaqişələrin bütün kompleksini, Sudanda sülh prosesinin dəstəklənməsi, Somalinin inkişafı məsələlərini müzakirə edəcək, münaqişələrin tənzimlənməsinə ümumi münasibət və ərəb regionunda mövcud təhdidlərə qarşı birgə fəaliyyət barədə fikir mübadiləsi aparacaqlar(azərtac).