XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Mart 2017 - 18:03

Liviyada qırıcı təyyarə evə düşüb,ailə həlak olub

Liviyanın şərqində yerləşən Tobruk şəhərində qırıcı təyyarə qəzaya uğrayaraq evə düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir ailənin üç üzvü həlak olub.

Hadisə Tobruk şəhərinin cənubunda baş verib. Qəza nəticəsində evə çırpılan təyyarə yanmağa başlayıb. Ailə başçısı, həyat yoldaşı və onların oğullarından biri dünyasını dəyişib. Pilot da xilas ola bilməyib.

Qəza texniki nasazlıq səbəbindən baş verib.