XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 19:31

İnsan beyninin kompüterə qoşulması üçüninterfeys işlənilir

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanı dəyişdirəcək növbəti layihəsini elan edib.

Onun təsis etdiyi “Neuralink” adlı şirkətin məqsədi kompüterlə insan beynini əlaqələndirmək üçün neyron interfeysinin yaradılması sahəsində həllər hazırlamaqdır. Mühəndis simsiz neyrointerfeysi “neyron şəbəkə” (neural lace) adlandırır.

Azərtac belta.by saytına istinadla xəbər verir ki, şirkət beyinə implantasiya edilən qurğuların yaradılması üzərində işləyəcək. Bu qurğular insanlara kompüterlərə qoşularaq öz fikirlərini rəqəmsallaşdırmağa kömək edəcək.

Qeyd edək ki, “Neuralink” ilə yanaşı, “Kernel” şirkəti də insanlarda yaddaş və öyrənmə qabiliyyətinin yaxşılaşdırılması üçün implantasiya edilən qurğu hazırlayır.