XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2017 - 19:43

Liviyada siyasi problemlər neft hasilatının azalmasınasəbəb olub

Liviyanın Əz-Zəviyyə terminalında yaranan fors-major şərait neft hasilatının 140 min barel/gün və ya 20% azalaraq 560 min barel/günə çatmasına səbəb olub.

"Report"un FOREXPF.ru" saytına istinadən verdiyi xəbərə görə, buna səbəb ölkədəki siyasi proseslərdir. Qeyri-rəsmi mənbələrdən əldə olunan məlumatlara görə Liviyanın Şarar yatağından Əz-Zəviyyə terminalına nəql olunan neft kəmərinin fəaliyyəti dayandırılıb.

ABŞ-ın "Energy Aspects" araşdırma konsaltinq şirkətinin London təhlilçisi Riçard Mallisonun fikrincə, Liviya neftinin itkiləri neft bazarında bir anda hiss edilidi. Bunun nə qədər davam edəcəyi isə qeyri-müəyyəndir.

"Report"un analitik qrupu bildirir ki, Liviyanın neft hasilatının azalması xəbəri ABŞ-da neft ehtiyatlarının artaraq rekord həddə çatması xəbəri ilə kompensasiya edilib. Bu səbəbdən neft qiymətləri kəskin dəyişiklik göstərməyərək 51 dollar/barel səviyyəsində qalmaqda davam edir.