XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2017 - 20:50

Parisdə etiraz aksiyalarında həbs olunanların sayı45 nəfərə çatıb

Parisdə polisin çinlini qətlə yetirməsi fonunda baş verən etiraz aksiyalarında həbs olunan insanların sayı 45 nəfərə çatıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, polis özbaşınalığına qarşı keçirilən aksiyaların ikinci dalğası martın 29-na keçən gecə Parisin XIX dairəsində baş qaldırıb. Nümayişdə Asiya icmasının və irqçilik əleyhinə qruplaşmaların 400 üzvü iştirak edib.

Rəsmi məlumata əsasən, Parisdə məişət zorakılığı barədə çağırışa gələn polislər uşaq qışqırtısı eşidərək qapını qırmağa məcbur olublar. Bu zaman polislərə əlində bıçaq tutmuş Asiya mənşəli 50 yaşlı kişi hücum edib və onlardan birini yaralayıb. Digər polis isə özünü müdafiə etmək məqsədi ilə hücum edən şəxsə atəş açaraq onu öldürüb.

Həlak olan çinlinin ailəsi isə hadisəni başqa cür təsvir edib. Belə ki, qız uşağı qapının döyüldüyünü eşidib və onu açmağa gedib. Onun ardınca balığı təmizləmək üçün əlində qayçı tutan qızın atası da qapıya yaxınlaşıb. Mənzildəkilər polislərdən sakit davranmağı xahiş etsə də, onlar qapını qıraraq ailə başçısına atəş açıblar.