XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2015 - 19:50

Girov götürülən prokuror xilas edildi- 3 ölü

İstanbulda Ədliyyə binasında girov saxlanılan prokuror azad edilib.

Strateq.az-ın məlumatına görə, “Gəzi Parkı” hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazın azad olunması üçün polis xüsusi əməliyyat keçirib. Terrorçuları zərərsizləşdirən polisin xüsusi təyinatlılarının əməliyyatı zamanı prokurorun da yaralandığı deyilir.

Əməliyyat zamanı 3 terrorçu öldürülüb.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.

Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.