XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

30 Mart 2017 - 16:16

Vladimir Putin:“Donald Trampla görüşməyə hazıram”

Rusiya prezidenti Vladimir Putin Finlandiyada keçiriləcək Arktika sammitində ABŞ prezidenti Donald Trampla görüşməyə hazır olduğunu bildirib.

Rusiya prezidenti bunu Arxangelsk şəhərində keçirilən Arktika forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib. 

O hesab edir ki, Helsinki görüş üçün uyğun yerdi: “Fikrimcə, Finlandiya uyğun dövlət, Helsinki isə belə tədbirlərin təşkili üçün uyğun yerdir. Ancaq buna hər iki tərəf yaxşı hazırlaşmalıdır. Əgər bu baş versə, biz o tədbirdə iştirakdan şad olarıq və mən də ora məmnuniyyətlə qatılaram. Firkimcə, bu baş tutmazsa “iyirimiliyin” yığıncağında (cari ilin iyulunda Almaniyada keçiriləcək- “Report”) adi görüş çərçivəsində də belə bir görüş baş tuta bilər”. 

Qeyd edək ki, Arktika sammiti bu ilin mayında Finlandiyada keçiriləcək. /Report.az