Avstraliya hökuməti gələn həftədən Yaxın Şərqdən Avstraliyaya uçan sərnişinlərin əlavə yoxlanılması barədə qərar qəbul edib.
Bunu Avstraliyanın infrastruktur inkişafı nəqliyyat naziri Darren Çester deyib. Avstraliyalı nazir bildirib ki, sərnişinlərin baqajları təyyarədən enmə zonasında yoxlanacaq.
Yoxlamalar Doha, Əbu-Dabi və Dubaydan gələn uçuşlara şamil olunacaq.
Nazir əlavə edib ki, təyyarələrdə elektron avadanlıqlarının qadağan olunması barədə hər hansı bir qərar qəbul olunmayıb.