XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2017 - 11:01

Trampın kürəkəni dövlət qulluğuna gəlmək üçün266 vəzifədən istefa verib

ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşner dövlət qulluğunda işləmək imkanına malik olmaq üçün özəl sektorda çalışdığı 266 müxtəlif vəzifədən istefa verməyə məcbur olub.

"Trend"n məlumatına görə, bunu ABŞ administrasiyasının nümayəndəsi Ağ Evdə keçirilən xüsusi brifinqdə jurnalistlərə deyib.

O təsdiq edib ki, ABŞ prezidentinin ətrafında olan və son zamanlara qədər özəl şirkətlərdə çalışan bütün nümayəndələr əvvəlki vəzifələrini tərk ediblər.

Brifinqin aparıcısı jurnalistlərin ABŞ administrasiyasında neçə milyarderin olmasına dair verdikləri sualdan yayınmağa çalışıb. "Buna bir çox müxtəlif üsullarla baxmaq olar", – administrasiyanın nümayəndəsi sualı belə cavablandırıb.