XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 11:37

Rusiya neft hasilatını azaltmaqdadavam edir

Rusiya gündəlik neft hasilatını 202 min barrel azaldaraq 11 milyon 46 min barrelə endirib.

Azərtac xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. Rusiya Neft ixrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələr ilə əldə edilən neft hasilatının azaldılması sazişi üzrə neft hasilatını azaltmaqda davam edir. Rusiya gündəlik neft hasilatını ötən ilin oktyabrından bu ilin martınadək sutkada 202 min barrel azaldaraq 11 milyon 46 min barrelə çatdırıb.

Xatırladaq ki, Rusiya saziş çərçivəsində neft hasilatını gündəlik 300 min barrel azaltmaq barədə öhdəlik görülüb. Dünyanın ən böyük neft istehsalçılarından olan Rusiyanın neft və qaz ixracı üzrə gəlirləri keçən il 2015-ci illə müqayisədə 17,7 faiz azalaraq 73,6 milyard dollara geriləyib.