XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Aprel 2017 - 11:47

Pakistandakı partlayışın terror aktı olduğuehtimal edilir

Martın 31-də Pakistanın Paraçinar şəhərində baş verən güclü partlayışın terror aktı olduğu ehtimal edilir. Polis hadisənin terror aktı olması və partlayışın kamikadze tərəfindən törədilməsi ilə bağlı faktların olduğunu bildirib.

Pakistan mətbuatının məlumatına görə, Paraçinar şəhərindəki “Şandak” bazarında baş verən partlayışda ölənlərin sayı 25 nəfərə çatıb, təxminən 100 nəfər yaralanıb.

Ölkənin Baş naziri Nəvaz Şərif terror aktını pisləyib və həlak olanların ailələrinə başsağlığı verib(azərtac).