XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 12:06

ABŞ-da enerji istehsalı6 ildən sonra azalıb

ABŞ-da ümumi enerji istehsalı 6 il ard-arda artdıqdan sonra 2016-cı ildə azalıb.

Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkədə 2009-cu ildən 6 il ard-arda artım göstərən ümumi enerji istehsalı ilk dəfə keçən il azalıb. Azalmaya 2016-cı ildə neft, qaz və kömür istehsalındakı tənəzzül səbəb olub. Bundan başqa, neftin qiymətinin ucuzlaşması da bu sahədəki investisiyalara mənfi təsir göstərib. ABŞ-ın xam neft və təbii qaz istehsalı keçən il 2015-ci ilə nisbətən müvafiq olaraq 5 faiz və 2 faiz azalıb.

Ötən il ölkədə bərpaolunan enerji istehsalında artım olmasına baxmayaraq bu, ümumi enerji istehsalındakı azalmaya təsir göstərə bilməyib. ABŞ-da bərpaolunan enerji istehsalı 2016-cı ildə əvvəlki ilə görə 7 faiz artıb. Bu artımın yarısı külək, dörddəbiri isə günəş enerjisi istehsalı nəticəsində formalaşıb.