XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 12:19

Türkiyədə PKK-nın9 tərəfdarı həbs edildi

Türkiyənin İstanbul şəhərində PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı saxlanılmış 10 şübhəlidən 9-u həbs olunub.

"Report"un məlumatına görə, İstanbul polisinin Terrorla Mübarizə Şöbəsi tərəfindən PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı "Deniz-Aliye" kod adlı şəxs saxlanılıb.

Ona məxsus rəqəmsal materialların araşdırılması zamanı terrorçuların ictimai qurum və təşkilatlara, təhlükəsizlik qüvvələrinə silahlı hücum planlaşdırdığı, habelə 4 silahlı soyğunçuluq və digər cinayəti əməlini həyata keçirdiyi məlum olub. Təhqiqat zamanı PKK terror qruplaşması ilə əlaqədə olan 9 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılanlar terror təşkilatına üzv olmaqda ittiham edilərək həbs olunublar. Şübhəlilərdən biri məhkəmə tərəfindən sərbəst buraxılıb.