XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 13:49

ABŞ prezidentinin qızının ailəsinin aktivləri740 mln. dollardır

ABŞ prezidentin qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner ailəsinin aktivləri 740 mln. dollar təşkil edir.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə C.Kuşnerin vergi bəyannaməsində qeyd olunub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp kürəkəni C.Kuşneri öz baş muşaviri təyin edib.

C.Kuşnerin və Ağ Evin digər işçilərinin vergi bəyannamələri martın 31-də dərc olunub.C.Kuşnerin vergi bəyannaməsinə görə, İvanka Trampın parfumeriya və geyim biznesini aktivləri 50 mln. ABŞ dollar təşkil edir. Onun "Trump International Hotel"ində payı 5-25 mln. dollar dəyərindədir.

C.Kuşnerin vergi bəyannaməsi 54 səhifədən ibarətdir. Sənəddə qeyd olunub ki, Kuşner və İvanka Trampın gəlirləri 2016-2017-ci ilin əvvəlində 195 mln. dollar təşkil edib.

"Financial Times" qəzetinin məlumatına görə, Tramp administrasiyasi ABŞ tarixində ən varlı prezident administrasiyalarından biridir.