XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 14:08

“Hazırda dörd əsas təhdid ocağı var” –ABŞ generalı

"Fars körfəzinin ərəb ölkələri İranın ekzistensial təhlükəsinə qarşı birləşərək öz NATO-sunu yaratmalıdır".

Strateq.az xəbər verir ki, bunu "Asharq Al-Awsat" nəşrinə müsahibəsində NATO-nun sabiq baş komandanı Ceyms Cons bildirib.

Onun sözlərinə görə, ərəb ölkələri real təhlükə ilə üzləşib və ABŞ sanksiyalar məsələsində ehtiyatlı davranmalıdır.

General Consun fikrincə, Alyans ərəb ölkələrinə təhlükəsizlik sahəsində informasiya mübadiləsi və bəlkə də birgə strategiya və taktikanın qəbul edilməsində təklif edə bilər.

"Məncə, prioritet təhdidlər İran, Şimali Koreya, Çin və Rusiyadır və Amerikanın hazırkı hökuməti başlıca təhdid olaraq İranı görür", – deyə sabiq komandan bildirib.