XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 14:15

Tramp ticarəti tənzimləmək məqsədi iləiki fərman imzalayıb

Donald Tramp seçkiqabağı vədlərini yerinə yetirməkdə davam edir. Martın 31-də Ağ evin başçısı Amerikanın əsas tərəfdaşları, ilk növbədə Çinlə xarici ticarətdə tarazlığı düzəltməyə istiqamətlənmiş iki fərman imzalayıb. Sənədlər ticarətə və ölkənin ticarət defisitinin qiymətləndirilməsinə nəzarətlə bağlıdır.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, Tramp öz qərarını vitse-prezident Maykl Pensin və ticarət naziri Uilbur Rossun iştirakı ilə Ağ evin Oval kabinetində elan edib.

Birinci sənəd bəzi ölkələrdən olan idxalçılara qarşı kompensasiya rüsumlarının yenidən qiymətləndirilməsini tələb edir. İkinci fərman isə ABŞ-ın ticarət defisitinin dərinləşməsinə aparan qanun pozuntularının təhlilinə aiddir. Ticarət Nazirliyi 90 gün ərzində öz nəticələrini təqdim etməlidir.

Özünün “Twitter” səhifəsində gələn həftə Çin rəhbərliyi ilə çox çətin danışıqların olacağını yazan Donald Tramp xarici ticarətdə artan defisitə imkan verməyəcəyini vurğulayıb. 2016-cı ildə bu göstərici 500 milyard dollar təşkil edib və onun yarıdan çoxu Çinlə ticarətdə yaranan defisitin payına düşüb.

Yeni fərmanlar nəinki Asiya ölkələrinə, həm də, məsələn, Vaşinqtonun fikrincə, Amerika bazarında dempinq siyasəti aparan Avropanın polad istehsalçılarına da aid edilə bilər. Bir qədər əvvəl Berlin ABŞ hökuməti tərəfindən Almaniyanın metallurgiya konsernlərinə antidempinq məhdudiyyətləri tətbiq etmək niyyətini “təhlükəli” adlandırıb.