XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 14:38

25 ölkənin Mərkəzi Bankının rəhbərləriAntalyada toplaşacaq

Aprelin 2-4-də Antalyada 25 ölkənin Mərkəzi Bankının sədrlərindən ibarət Rəhbərlər Klubunun Mərkəzi Asiya, Qara dəniz və Baltikyanı ölkələrinin toplantısı keçiriləcək.

Azərtac xəbər verir ki, mətbuata qapalı olaraq reallaşacaq toplantının əsas mövzuları pul siyasəti və maliyyə sabitliyi ilə iqtisadi dayanıqlılığın artırılmasıdır. Tədbirdə kluba üzv ölkələrdəki aktual iqtisadi və maliyyə proseslərinə dair təqdimatlar ediləcək.

Qeyd edək ki, Azərbaycan bu klubun üzvüdür.

Klub Mərkəzi Asiya, Qara dəniz və Baltikyanı ölkələrinin Mərkəzi Bankları arasında əlaqələri inkişaf etdirmək, bankçılıq və maliyyə sahələrində texniki əməkdaşlıq imkanlarını araşdırmaq, maliyyə və mərkəzi bankçılıq mövzularında informasiya mübadiləsini həyata keçirmək üçün 1991-ci il mayın 1-də 10 ölkənin Mərkəzi Bankının imzaladığı protokol əsasında yaradılıb.

Kluba üzv ölkələr: Albaniya, Azərbaycan, Belarus, Bosniya-Herseqovina, Bolqarıstan, Çexiya, Çin, Gürcüstan, Xorvatiya, İsrail, Çernoqoriya, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Tacikistan, Türkiyə, Ukrayna və Yunanıstan.

Kluba üzv ölkələrin mərkəzi banklarının sədrləri ildə iki dəfə toplanaraq pul siyasətini həyata keçirməklə aktual iqtisadi və maliyyə sahəsində irəliləyişləri müzakirə edirlər.