XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 April 2017 - 15:26

Kanat Alpısbayev:"Transxəzər Nəqliyyat Marşrutu ölkələrimizin inkişafına xidmət edən əsas dəhlizlərdən biri olacaq"

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çox perspektivli olmaqla ölkələrimizin iqtisadi inkişafına xidmət edən əsas dəhlizlərdən biri olacaq. Biz bu nəqliyyat dəhlizi üzərində yükdaşıma həcminin artırılmasında maraqlıyıq.

Azərtac xəbər verir ki, bu fikirləri "Qazaxıstan Dəmir Yolu" Səhmdar Cəmiyyətinin prezidenti Kanat Alpısbayev jurnalistlərə müsahibəsində deyib.

Vurğulanıb ki, sözügedən nəqliyyat dəhlizinin imkanlarının artırılması istiqamətində ölkələrimizin göstərdiyi səylər, yaradılacaq müasir nəqliyyat infrastrukturu və logistika mərkəzləri birgə uğurumuzun təməlini qoyacaq.