XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 16:45

Cənubi Koreyanın yük gəmisi Atlantik okeanındayoxa çıxıb

KİV-lərin məlumatına əsasən, Atlantik okeanının cənub hissəsində, Uruqvay sahilləri yaxınlığında Cənubi Koreyaya məxsus yük gəmisi ilə əlaqə kəsilib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Marşal Adaları bayrağı altında üzən gəminin göyərtəsində 8 Cənubi Koreya və 16 Filippin dənizçisi olub. Martın 26-da Braziliyadan açıq dənizə çıxan gəmi gecə saatlarında “SOS” siqnalı verib. Ekipaj gəminin batmağa başlaması barədə məlumat ötürüb.

Hazırda Atlantik okeanının bu zonasında axtarış-xilasetmə işləri aparılır. Axtarışlara kommersiya gəmiləri də qoşulub. Yoxa çıxmış gəminin məxsus olduğu şirkətdən ekipajın taleyi barədə məlumat alınmadığını bildiriblər.