Çinin Henan vilayətindəki şosedə iki kilometr boyunca 40-dan çox avtomobil toqquşub, 7 nəfər həlak olub. Bu barədə Sunxua agentliyi yerli polisə istinadla məlumat yayıb.
Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qəzaya dumanlı hava şəraiti və görmə məsafəsinin azalması səbəb olub.
Hadisə yerində araşdırmalar davam edir.