XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 19:33

Psixiatriya xəstəxanasının pasienti yemək çubuqları iləüç nəfəri öldürüb

Çinin Xenan əyalətinin Lonin qəzasında özəl psixiatriya xəstəxanasının pasienti yemək çubuqları ilə üç nəfəri öldürüb və bir nəfəri yaralayıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu haqda Sina xəbər portalına xəbər verib.

Bildirilir ki, hadisə fevralın 24-də baş versə də, əyalətinin rəsmiləri insident haqqında yalnız indi məlumat veriblər.

Qeyd olunur ki, psixi qüsuru olan kişi də onu bağlayan qayışlardan azad olub və yemək çubuqları ilə tibb müəssisəsinin dörd qadın pasientinə hücum edib. Qurbanlardan biri hadisə yerində keçinib, digər üç nəfər isə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, digər iki qadın da dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları insidentin araşdırılmasını davam etdirir.