XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 19:46

Yaponiyada kriptovalyutaya rəsmi ödəniş vasitəsistatusu verilib

Aprelin 1-dən Yaponiyada kriptovalyutaya rəsmi ödəniş vasitəsi statusu verilib. Bu, əvvəllər ölkədə qəbul olunan valyuta tənzimlənməsi haqqında qanuna uyğundur.

AZƏRTAC "vistanews.ru" saytına istinadla xəbər verir ki, bununla yanaşı, sənəddə kriptovalyutanın, o cümlədən bitkoinin məhz valyuta funksiyasını həyata keçirəcəyi göstərilir. Yaponiyanın rəsmi pul vahidi isə əvvəlki kimi yen sayılır.

Yapon maliyyəçiləri etiraf edirlər ki, kriptovalyuta vasitəsilə vergi və hesabatlara dair bir sıra operativ məsələlər hələ də həllini tapmayıb. Bu standartları altı aydan tez hazırlayıb təsdiq etmək nəzərdə tutulur. Ekspertlər qeyd edir ki, kriptovalyutadan istifadə özündə böyük risk daşıyır, çünki onların kursu kəskin dəyişə bilər, onlardan istifadə qaydaları isə hazırda yoxdur.

Bir çox mütəxəssislərin fikrincə, bitkoindən istifadə bütün virtual valyutalardan ən təhlükəsizdir və eyni zamanda, yaxşı bazar perspektivinə malikdir.