XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 20:00

Qahirədə partlayış:16 nəfər yaralanıb

Şənbə günü Misirin paytaxtı Qahirənin şimalında törədilmiş partlayış nəticəsində azı 16 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Watan” portalı məlumat yayıb.

Partlaycı qurğu Daxili İşlər Nazirliyinin Tanta şəhərindəki təlim düşərgəsi yaxınlığında işə düşüb. Naməlum şəxslər bombanı bir qrup kursant polisin tədris mərkəzindən çıxan zaman işə salıblar. Yaralılardan 13 nəfəri asayiş keşikçisi, üçü isə yoldan keçəndir. Bir neçə nəfərin vəziyyəti ağırdır.