XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 21:59

Kolumbiyada sel fəlakəti:112 nəfər ölüb, yüzlərlə insan itkin düşüb

Kolumbiyanın Pukumayo vilayətinin mərkəzi Mokoa şəhərində sel nəticəsində 112 nəfər ölüb, yüzlərlə insan yaralanıb və itkin düşüb.

Azərtac xəbər verir ki, Associated Press agentliyinin yaydığı məlumata görə, bunu Kolumbiya Prezidenti Xuan Manuel Santos bildirib.

Yerli KİV-lərin yazdığına görə, təbii fəlakətə regionda bir neçə saat yağan güclü yağışlar səbəb olub.

Kolumbiya Prezidenti Xuan Manuel Santos müdafiə, səhiyyə, ətraf mühit nazirləri ilə birgə fəlakət bölgəsinə gedib.