XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

02 Aprel 2017 - 19:57

Tereza Mey:"Cəbəllütariq heç vaxt İspaniyanın bir hissəsi olmayacaq"

Böyük Britaniya baş nazir Tereza Meyin rəsmi nümayəndəsi Cəbəllütariqin əhalisinin iradəsinə zidd olaraq heç vaxt İspaniyanın bir hissəsi olmayacağını bəyan edib.

Bu bəyanat T. Meyin Cəbəllütariqin birinci naziri Fabian Pikardo ilə görüşündən sonra səsləndirilib.

T. Mey görüşdə Böyük Britaniyanın bir hissəsi olan Cəbəlütarixə, onun xalqına və iqtisadiyyatına dəstəyini davam etdirəcəyini vurğulayıb. T. Mey həmçinin Böyük Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) ilə bağlı optimal razılaşmanın əldə olunması üçün Londonun mövqeyinin formalaşdırılması prosesinə  Cəbəllütariqin də cəlb olunacağını vəd edib.

APA